«Qaydalar sərtləşdikcə insanların yaşayışı çətinləşir».
Gulustan.info xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
Yaqut Qarayeva bildirib ki, toyların bərpası üçün yoluxma statistikasının normal səviyyəyə düşməsi lazımdır:
«Digər ölkələrdə toy və bölgələrə gediş-gəlişlə bağlı məsələyə gəldikdə isə, biz bütün ölkələrlə daima əlaqədəyik. Bunun üçün statistikanın normal bir səviyyəyə düşməsi lazımdır, yəni virus nəzarətdə saxlanacağı vəziyyətə düşəndə bunlar mümkündür».