Vicdanlı və şərəfli qulluqbackend

Prime Hospital daima peşəkar kollektivi ilə seçilən sağlamlıq ocaqlarındandır. Bu məkanda rəhbərlikdən ən kiçik vəzifədəki şəxsə qədər hər kəs xəstələrin qulluğunda yüksək səviyyədə dayanır.

Ramazan ayı müsəlman əhalisinin oruc tutduğu aydır. Bu ayın mənəvi yükü fiziki yükdən ağır olsa da,oruc halda xəstələrin qulluğunda dayanan personal heyətindən Babayeva Günel xanım öz vəzifəsini yüksək səviyyədə yerinə yetirir.

Xəstələrdən gələn xoş sözlərə əsasən deyə bilərik ki pasientlər onu qanadsız Mələk adlandırır. Peşəsini şərəf və vicdanla yerinə yetirdiyinə görə Günel xanıma minnətdarlığımızı bildiririk.