Xankəndi şəhərində ilk market “OBA” olubbackend

Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsinin Xankəndi filialı xidmətə başlayıb.

Burada yaşayan əhalinin və xidmət göstərən vətəndaşların gündəlik istehlak məhsullarına olan tələbatını ödəmək üçün “OBA” bundan sonra yaxın və qənaətli qonşu konsepsiyası ilə daimi şəkildə Xankəndidə fəaliyyətdə olacaq.

Qeyd edək ki, xalq marketi kimi tanınan “OBA” ordumuzun işğaldan azad etdiyi Xankəndi, Xocalı və Əsgəranda yaşayan əhali üçün indiyədək səyyar marketlərində satış həyata keçirirdi.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi 7000-dən çox əməkdaşı ilə əhalinin xidmətindədir.

Xankəndi şəhərində ilk market "OBA" oldu –FOTOLAR
Xankəndi şəhərində ilk market "OBA" oldu –FOTOLAR