Son günlər Azərbycanda koronavirusa yoluxanların sayında 2 dəfədən çox azalma müşahidə olunur. Belə ki, dekabrın 24-də Azərbaycanda koronavirus infeksiyasına 1850 yeni yoluxma faktı qeydə alınıb, 4 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 40 nəfər isə COVID-19-dan vəfat edib. Gündəlik koronavirusa yoluxanların sayında azalma dinamikası davam edərsə, yanvarın 1-də sms icazə sistemi ləğv edilə bilərmi?
BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Kamilə Əliyeva bildirib ki, sərtləşməyə gedilmədən öncə Azərbaycanda koronavirusa yoluxanların sayı kritik vəziyyətə çatmışdı: