YENİLMƏZ AZƏRBAYCAN ORDUSUbackend

Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm

də ordunu daha da qüvvətli edir.

Heydər Əliyev.

Bəli, bir dövlətin müstəqilliyini qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdən biridir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Müasir dövrdə Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Lakin onu yenilməz edən təkcə silah və texnikasının gücü deyil, ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidi!

Şah İsmayıl Xətainin bir deyimi var: “Qılınc həmin qılıncdır, qol həmin qol deyil!” Bəli, silah-texnika düşməndə də var, lakin əsgər həmin əsgər deyil, ürək həmin ürək deyil. Onların əsgərləri silahını döyüş meydanında qoyub qaçır, bizim əsgərlər isə son damla qanınına qədər vuruşurlar.

Son günlər dövlətimizə qarşı baş vermiş təxribatı, işğalçı siysəti diqqətlə izlərkən burada bir sıra siyasi və iqtisadi maraqların toqquşduğunu aydın şəkildə izləmək olar. İyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın Tovuz rayonunun sərhədyanı kəndlərini atəşə tutmuş, mövqelərimizi ələ keçirməyə cəhd göstərmişlər. Məlumdur ki, Azərbaycan ərazilərinin, Dağlıq Qarabağ və ətraf yeddi rayonunun işğalı 30 ilə yaxındır ki, davam etməkdədir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyri-şərtsiz çıxarılmasını tələb etməsinə bxmayaraq, Ermənistan beynəlxalq birliyə etinadsızlıq göstərməyə davam edir. Belə bir sual meydana gəlir: niyə məhz Tovuz istiqamətində baş verir bütün bu təxribatlar?

Ümummili lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi,iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri “Əsrin müqaviləsi” imzalanmışdır. 2002-ci ildə Ulu Öndərin davamlı uğurlu siyasəti nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının kağız üstündə hesab etdiyi əsas neft kəməri – Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci ilin mayı 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildən Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb.

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları rəhbərlərinin daim diqqət mərkəzindədir. Bu, hər üç ölkənin eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq. Xatırladaq ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsi barədə danışıqlara hələ 26-29 iyul 1993-cü ildə Ankara şəhərində keçirilmiş Türkiyə-Gürcüstan arasında Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 fevral 2007-ci ildə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzaladı. 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısında təkcə üç xalq, üç ölkəni deyil, həmçinin bir çox ölkələr arasında körpü rolunu oynacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının açılış mərasimi olmuşdur.

Mənim bu faktları sadalamaqda səbəblərim var. Tovuz strateji bir coğrafi məkanda yerləşir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu bu ərazidə keçdiyindən bu törədilmiş təxribat əvvəlcədən planlaşdırılmış və düşmənin arxasında duran digər siyasi qüvvələr də bu vəziyyətdən məharətlə istifadə etdilər. Lakin Azərbaycan ordusunun, Azərbaycan əsgərinin igidliyini, qorxamzlığını nəzərə almamışdılar, düşmən tərfi layiqincə cəzalandırılmış, xeyli sayda hərbi qüvvələri məhv edilmişdir. Burda məqsəd dəmir yolunu ələ keçirərək Orta Asiayaya gedən yolu öz nəzarətləri altına almaq; neft kəmərini ələ keçirərək bu nefti dünya neft bazarında öz brendi kimi təqdim etmək idi. Güclü ordumuzun sayəsində bu təxribatın, işğalın qarşısı mərdliklə, igidliklə alındı və düşmək geri oturduldu.

12 iyul tarixində cəbhənin Tovuz bölgəsində erməni qüvvələrinin törətdikləri təxribatla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında bildirmişdir: “Bu əməliyyat Azərbaycan ordusunun şanlı tarixində öz yeri olacaqdır. Ermənilər törətdikləri bu təxribatı Azərbaycan tərəfindən başlandığına inandırmağa çalışırlar. Lakin bu yalanlara heç bir ölkə inanmadığını bildirmişdir. Erməni qüvvələrinin törətdikləri təxribatların qarşısını güclü Azərbaycan ordusu aldı. Sarsıdıcı zərbələr endirildi, onlara yaxşıca dərs verildi. Düşmənin onlarla hərbiçisini, sərhədboyu dayaq məntəqələri, qurulan postların infrastrukturları, canlı texnikaları, silah-sursat anbarları Azərbaycan ordusu tərəfindən dəqiqliklə məhv edilmişdir. Şəhidlərin qanları yerdə qalmadı. Bu igidlik dastanı bu günkü gənclərə örnək olmalıdır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev cəbhə bölgəsindəki vəziyyətə ciddi nəzarət edir və dəymiş maddi ziyanın tezliklə aradan qaldırılması üçün tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamıdır.

İyulun 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub. Bunun nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb.

Əminliklə deyə bilərəm ki, ordumuzun şəxsi heyətinin döyüş ruhunun yüksək olması, uğurlu döyüş əməliyyatlarının aparılması, təhlükəsizliyimiz üçün təyin edilən müasir silah və texnika qələbəmizi tam təmin edəcəkdir. Ali baş komandan əmrinizi gözləyirik!..

118 №-li tam orta məktəbin direktoru Ağcayev Nizaməddin Fərhad oğlu