Yevlax könüllüləri bir araya gəldibackend

“Azərbaycan Respublikasında 2020-ci ilin Könüllülər ili elan edilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin Sərəncamının çərçivəsində Milli Məclisin deputatı Əli Hüseynli Yevlax rayon Nərimanabad kənd könüllüləri ilə  kənd ərazisindəki Şəhidlər bağında birlikdə  abadlıq, yaşıllıq və yenidərqurma işində iştirak edib.

 

Modern.az-ın xəbərinə görə, Şəhidlər bağında İkinci dünya müharibəsi, 20 Yanvar, Qarabağ döyüşləri və Xocalı soyqırımını əks etdirən abidə kompleksi yaradılıb. Könüllülük insanları vahid niyyət ətrafında  birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətini əks etdirən ən uğurlu formatıdır. Könüllülük həm də vətəndaşlıq məktəbi, öz xalqına dövlətinə , milli-mənəvi dəyərlərə bağlılıq  örnəyidir.

 

Nərimanabad könüllüləri öz kreativliyi, təşəbbüskarlığı  innovativ düşüncə  tərzi və müasir dünya görüşləri ilə  qoşulduqları hər fəaliyyətə yeni nəfəs verməyi bacarırlar. Bütün görüşlər ölkəmizdə  tətbiq edilmiş karantin rejimi qaydalarına tam riayət edilməklə həyata keçirilib. Həyata keçirilmiş bu kimi işlərlə Yexlax sakinləri dövlət başçısının bu təşəbbüsünü dəstəklədikərini əyani olaraq bir daha nümayiş etdirdilər.