Rusiya Federasiyasında COVID-19-a yoluxanların sayı 326448 nəfəri ötüb.
Belə ki, ölkədə koronovirus səbəbi ilə yaradılmış operativ qərargahın verdiyi məlumata görə, son sutka ərzində 8894 nəfərdə koronavirus aşkarlanıb.
Rusiya Federasiyasında son sutka ərzində 150 nəfər COVID-19 səbəbindən ölüb. Ümumiyyətlə isə ölkədə ölənlərin sayı 3249-a yüksəlib.
Operativ qərərgahın digər məlumatına əsasən ölkədə sağalanların sayı 99825-ə çatıb. Belə ki, son sutka ərzində 7144 nəfərdə sağalma qeydə alınıb.
Qeyd edək ki, sağalanların sayı ümumi yoluxanların 30,6%-ni təşkil edir.//Real Tv