Merilin Monronun qadının ən yaxşı dostu dediyi brilyantların maraqlı tarixi – FOTObackend

Brilyantlar bu gün bir çox qadınların vazkeçilməz aksesuarlarıdır. Qadınlar bu möhtəşəm daşı boyunlarında, qulağında və barmağında görməyi xoşlayırlar. Brilyant olmadan heç vaxt “hə” deməzlər.

Hətta qadınlar brilyantla özlərini çox özəl hiss edirlər. Bu, sadəcə dəbli və bahalı olduğuna görə deyil. Brilyantlar niyə bu qədər qiymətlidir? Gəlin əvvəlcə almazın macərasına bir nəzər salaq.
Sfera.az brilliyantın tarixi haqqında yazı təqdim edir.


Dünyanın toz bulududur deyə standart bir cümlə ilə başlasaq, mübaliğə etmiş olmarıq. Çünki brilliyantın xammalı olan almazların əmələ gəlməsi hətta dinozavrlardan əvvəlki dövrlərə gedib çıxır.
Zamanın başlanğıcı ilə demək olar ki, eyni yaşda olan brilyantlar milyonlarla il əvvəl formalaşmağa başlayıb. O qədər ki, bu daşlar əslində səmadakı bir çox ulduzdan daha qədimdir.

Ən gənc almazın 900 milyon, ən qədiminin isə 3,2 milyard yaşı var.

Almaz yer qabığından 200 km aşağıda, son dərəcə yüksək temperatur və təzyiq mühitində təmiz karbon kimi kristallaşaraq, min illər ərzində vulkanik lava sayəsində səthə çıxmağa başlayıb.

Almaz yalnız bir elementdən (karbondan) ibarət yeganə qiymətli metaldır.

Təbiətin sərt şərtlərinə tab gətirə bilən çox az almaz sağ qalmışdır. 250 ton qum, qaya, çınqıl ayırmaqla cəmi 1 karat brilliyanta çatmaq olar. Bu daşların yalnız çox kiçik bir hissəsini cilalamaq və zinət əşyalarına çevirmək olar.

Çox incə işlənmə ilə istehsal edilən almazın 95%-i rəngsizdir. 5% rənglidir və rəngli almazlar olduqca xüsusidir.

 

İlk almaz hasilatı təqribən eramızdan əvvəl 800-cü ildə Hindistanda başlamışdır. Bu gün Sibir və Kanadanın donmuş tundralarında, Afrikanın isti səhralarında və okeanların dərinliklərində rast gəlinir.
Bu gün nə qədər müasir üsullardan istifadə olunsa da, brilyant tapmaq hələ də çox çətin bir işdir.

 

Emal və kəsmə fərqli bacarıq və səbr tələb edir. Qədimdə heç bir alətin kəsə bilmədiyi, ən isti odun belə üzərində iz buraxa bilmədiyi almaza fövqəltəbii varlıq kimi baxılırdı.
Yunanlar üçün Allahın göz yaşları, romalılar üçün göydən düşən ulduzlar kimi idi. Hindlilər almazın insanı şərdən qoruduğuna inandıqları halda, bir çox kral və kraliça onun güc və şans gətirəcəyini düşünürdülər.
Cupid oxlarının ucunun da almazdan olduğuna inanılırdı. Qədim dövrlərdə padşahlar döyüşə gedəndə yaxalarına almaz mıxlanırdı. Almazın onları qoruyacağına inanırdılar.

 

 

Hətta onlara görə; almazların tanrıların adi insanların anlaya bilmədiyi sehrli super gücləri var idi.

Yenə qədim dövrlərdə almazları olduğu kimi formalaşdırmadan istifadə edirdilər. Çünki onu emal etmək çox çətin idi. Hətta ingiliscə “almaz” adı da bu xüsusiyyətdən irəli gəlir. Yunanca “adamas” sözündən götürülmüşdür, mənası “əhliləşdirilməmək, fəth edilməmək” deməkdir.

 

Türk dilində almaz “parlaq” sözündən gəlir.

Burada almazlar müalicəvi, xeyirli və sirli bir daş olduğu halda, XV əsrdə sevgi və sədaqət simvoluna çevrilmişdir. Bu ənənənin başlanğıcını qoyan şəxs isə Avstriyanın Archduke Maximilliandır.

Cənab Archduke Maximillian o vaxtkı gözəl Burgundiya hersoginyası Meriyə aşiq olub və nişan mərasimlərində ona brilyant üzük bağışlayıb. Bu hədiyyə bütün ictimaiyyət arasında o qədər sürətlə məşhurlaşır ki, demək olar ki, bütün dünyaya yayılır.

1600-cü illərdə Peruzzi Cut Venesiya almaz işçisi tərəfindən kəşf edilmişdir. Beləliklə, brilyantlar xam şəklindən xilas olub. O, bugünkü füsunkar formasını almağa başlayıb.

Ondan əvvəlki məşhur kəsiklərlə müqayisədə, almazın tacındakı fasetlərin sayı Peruzzi Cut sayəsində 17-dən 33-ə çatdırıldı ki, bu da almazın parlaqlığını xeyli artırdı.

Bu gün də ən çox istifadə edilən almaz forması Dəyirmi Kəsim olan Brilliant Cutdur. 1919-cu ildə Marsel Tolkowsky tərəfindən kəşf edilən kəsik ən parlaq nəticəni verir.

Dəyirmi Kəsmə onu optik xüsusiyyətlər, kəsmə sürətləri və işığın əks olunması kimi bir çox cəhətdən digər kəsmə növlərindən daha populyar edən ən təsirli amildir.
Brilyant alarkən rəngi, parıltısı, kəsimi kimi bir çox şeylərə fikir vermək lazımdır. Ancaq baxılmalı olan ən vacib şey təbii ki, karatdır.

Nəhayət, Marilyn Monroe və bütün qadınlar brilyant alarkən niyə xüsusi hiss etdiklərini izah edək.

Çünki brilyant təbiətdə bənzərsiz bir daşdır və bu günlərə çox uzun bir macəradan böyük zəhmətlə gəlib. Heç bir iki almaz bir-birinə bənzəmir, hamısının özünəməxsus quruluşu var. O, qar dənəcikləri kimi unikaldır.

Buna görə də, sevdiyiniz insana bir almaz alarkən, əslində onun nə qədər dəyərli, bənzərsiz və xüsusi olduğunu nəzərdə tutursunuz. Ona görə də həmişə qadınlar üçün ən qiymətli zinət əşyası brilliyant olub.