Məlumdur ki, COVID-19 pandemiyası XXI əsrdə yaşadığımız dünyanın rastlaşdığı ən təhlükəli problemlərdən biri, hər şeydən əvvəl ağır insan sağlamlığı ilə sınağa çəkildiyimiz və sosial-iqtisadi nəticələri olan bir insanlıq böhranıdır.
Xəstəliyin yayıldığı ilk günlərdən Azərbaycan hökuməti tərəfindən aparılan sistemli tədbirlər, görülən profilaktik işlər Azərbaycanın bu sınaqdan da üzüağ çıxacağına əminlik yaratdı. Pandemiyaya qarşı mübarizədə Azərbaycanın əldə etdiyi uğurun başlıca səbəbi isə milli birliyin nəticəsidir. Prezident İlham Əliyevin bəşəriyyətə meydan oxuyan virus bəlasına qarşı mübarizə çərçivəsində atdığı həm düşünülmüş, qətiyyətli, həm də humanist addımları bu gün də bu savaşa öz töhfəsini verir və ölkənin bu bəladan ən az itki ilə çıxmasını təminat yaradır.
Vəziyyət göstərdi ki, bu qədər insan həyatı hesabına başa gələn və cəmiyyətimizi çətin vəziyyətə gətirən bu qlobal pandemiya ilə mübarizə daha çox inkişaf etmiş beynəlxalq əməkdaşlıq və dünya həmrəyliyini tələb edir. Pandemiyaya qarşı mübarizədə Azərbaycanın həm daxili, həm də xarici müstəvidə göstərdiyi nümunə bu mənada təqdirəlayiqdir.
Dəyərlərin və insanlığın sınağa çəkildiyi bir dövrdə Cənab Prezident İlham Əliyev sübut etdi ki, indi vəhdətin, beynəlxalq birliyin, bu virusu və onun sarsıdıcı nəticələrini dayandırmaq üçün həmrəylik içində fəaliyyət göstərməyin tam zamanıdır. Yalnız güclü həmrəylik və səmərəli əməkdaşlıq ilə beynəlxalq ictimaiyyət COVID-19 virusuna qalib gələ bilər. Pandemiya dövründə cənab Prezident dünyaya mənəvi liderlik edərək virusun təsirinin azaldılmasında ümumdünya vəhdtinin əhəmiyyətli olduğunu bütün kainata sübut etdi.
İstər aprelin 10-da Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının dövlət və hökumət başçıları səviyyəsində, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupunun “COVID-19” pandemiyasına həsr olunmuş onlayn Zirvə Görüşləri, istərsə də Ümumdünya Səhiyyə Təşkilatına edilən könüllü ianə və 30-dan çox ölkəyə humanitar yardım göstərdi ki, yeni koronavirus pandemiyası, dünyanın qorxuya və təcridçiliyə qarşı apardığı mübarizə, həmrəylik və qlobal birliyin ortaq bir nöqtəsinə tərəf dönəcəyi an ola bilər. Məhz bu qlobal birlik ruhu bizə ümid verir.
Koronavirus mübarizə dövründə biz hamımız eyni cəbhədəyik və uğur yalnız bütün insanların, bütün ölkələrin qorunduğu zaman əldə ediləcəkdir. 130-a qədər BMT-yə üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi Azərbaycanın dünya miqyasındakı əhəmiyyətli rolu və siyasi mövqeyini bütün dünyaya bir daha sübut etdi.
Hər bir Azərbaycan vətəndaşı bu gün əmindir ki, xalq və Prezidentin birliyi sayəsində ölkəmizin bu çətinliklərin də öhdəsindən gələcək, qlobal miqyasda pandemiyaya qarşı həmrəylik və əməkdaşlığın gücləndirilməsinə verdiyimiz mühüm töhfə isə bəşəriyyətin xilasına yönəlmiş bir addım kimi hər zaman öz müsbət təsirini göstərəcəkdir.
Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının Ərazi ilk partiya sədri Şəfəq İbişova: