Azərbaycanda “sms icazə” sistemi bərpa edilə bilər-AÇIQLAMAbackend

Azərbaycanda noyabrın 24-də rekord sayda yoluxma və ölüm qeydə alınıb. Belə ki, 3 646 nəfər koronavirusa yoluxub, 34 nəfər dünyasını dəyişib.Yoluxma sayı artmaqda davam edərsə yaxın günlərdə “sms icazə” sisteminə keçirilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycan son bir neçə ayda iki düşmənlə mübarizə aparırdı:

“Cəbhədə işğalda olan torpaqlarımızı azad etmək üçün rəşadətli ordumuz, Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancansına döyüşərək, torpaqlarımızın böyük hissəsini, daha sonra isə digər hissəsini də danışıqlar masasında azad etdi.

Hazırda mübarizə apardığımız düşmən koronavirusdur. Bu virus dünya ölkələrini çox ciddi şəkildə təhdid edir. Bilavasitə bu milli təhlükəsizlik məsələsidir. Hər şey vətəndaşlarımızın məsuliyyətli olmasından asılıdır. Artıq virusa yoluxanları sayı durmadan artır. Bu da milli təhlükəsizliyimiz üçün ciddi təhlükədir. Nəyinki Azərbaycanda, bir çox ölkələrdə sərt karantin rejimi ilə bağlı qərarlar verilib. Maksimum dərəcədə çalışılırıq ki, insanlar bu virusdan qorunsun.

Hazırda Azərbaycanda şənbə-bazar günləri aptek və marketlərdən başqa müəyyən məhdudiyyətlər mövcuddur. Növbəti günlərdə əgər xəstəlikdə ciddi artım müşahidə olunarsa və yoluxma sayı durmadan artarsa, dövlət əlavə qərarlar qəbul edilməsi məsələsinə baxa bilər. Bu da əgər ciddi zərurət olarsa “sms icazə” və əvvəlki dövrlərdə tədbiq edilən məhdudiyyətlərdir. Onların yenidən tədbiq edilməsi məsələsi nəzərdə tutula bilər. Buna görə də hər bir vətəndaşımız diqqətli olub, özünü qorumalıdır. Bu gün dövlət üzərində düşən bütün işləri görür. Vətəndaşlarımız da bütün dövlət tərəfindən verilən qərarlara məsuliyyətlə yanaşmalı və qaydalara əməl etməlidir. Əgər istəyiriksə virusdan canımızı tez qurtaraq, bunun üçün də maska taxmalı, sosial məsafəni qorumalı və dezinfeksiya məhlullarından istifadə edərək 3 sadə qaydaya əməl etməliyik. Əks təqdirdə ciddi zərurət yaranarsa daha sərt qərarlar, “sms icazə” və digər məsələlərə baxıla bilər”.