Xeyirxah Platforması Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 59 yaşının tamam olması münasibətilə qısa video hazırlayıb: “Salam, böyük sərkərdə! Mən Qarabağam. Məni Anam Azərbaycana qovuşdurduğun üçün çox sağ ol”.
Tanınmış blogger, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru Ərtoğrul Kamalovun səsləndirdiyi, Rəşad Manafovun qrafik işləri ilə və bəstəkar Tural Məmmədlinin studiyasında ərsəyə gələn videoda ölkə başçısına təbrik ünvanlanır.
Təşkilatdan verilən məlumata görə, videonun ideyasından göründüyü kimi, 30 ilə yaxındır işğal altında olan Qarabağın azad edilməsi ərəfəsində ölkə başçısın ad gününü bu formada, məhz işğaldan azad olunan Qarabağ adından təşəkkür etməklə təbrik etmək istəyiblər.
Sözügedən təbrik videosunu təqdim edirik: