Bu qələbə İlham Əliyevin rəhbərliyi və sarsılmaz iradəsi, ordumuzun şücaəti, xalq-iqtidar birliyi nəticəsində təmin olunub – Vüsal Quliyevbackend

İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbənin tarixi əhəmiyyəti var. Bu qələbə bizim şanlı tariximizdir.

Bunu bu gün Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Zəfər Forumu”nun bağlanış mərasimində deyib.

Sektor müdiri bildirib ki, Azərbaycan Ordusunun əsgər və zabitləri addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçərək torpaqlarımızı qanı və canı bahasına azad edib: “Bu qələbə Prezident İlham Əliyevin rəhbərliyi və sarsılmaz iradəsi, ordumuzun şücaəti, xalq-iqtidar birliyi nəticəsində təmin olunub”.

Administrasiya rəsmisi, həmçinin, Azərbaycanda Anım Gününün, Zəfər Gününün təsis edilməsi haqqında dövlət başçısının sərəncamlarının əhəmiyyəti barədə danışıb.