ABŞ və Cənubi Koreya birgə nüvə təlimlərini müzakirə etmir — Baydenbackend

ABŞ prezidenti Co Bayden ölkəsinin Cənubi Koreya ilə birgə nüvə təlimləri ilə bağlı müzakirələr aparmadığını bildirib.

Bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.

«Yox», — deyə C.Bayden jurnalistin müvafiq sualına cavabında bildirib.

Xatırladaq ki, daha əvvəl Cənubi Koreya prezidenti Yun Sok Yol bildirib ki, Vaşinqton və Seul birgə nüvə təlimlərini müzakirə edirlər.