“Azərbaycan əsgərləri bizi xilas etdi” — 85 yaşlı erməni qadınbackend

«Müharibə başlayan zaman erməni əsgərləri bizi atıb getdi. Sağ olsun Azərbaycan əsgərləri bizi xilas edərək Bakıya gətirdilər. Hazırda Bakıda hospitalda müalicə olunuram. Bizə burada yaxşı baxırlar. Mən inanıram ki, hər iki xalq əvvəlki kimi Dağlıq Qarabağ ərazisində sülh şəkilində yaşaya bilərlər».

Bunu Hadrutda ermənilərin atıb getdiyi 85 yaşlı erməni qadın, Babayan Yevqeniya Pavlovna deyib.

Xatırladaq ki, Ermənistan hərbçilərinin köməksiz vəziyyətdə qoyub getdikləri 2 mülki şəxs, Hadrut sakinləri — 1935-ci il təvəllüdlü Babayan Yevqeniya Pavlovna və 1935-ci il təvəlüdlü Melkumyan Mişa Merlandoviç Azərbaycan əsgərləri tərəfindən xilas edilib.