Azərbaycan və Qazaxıstanın XİN başçıları Cənubi Qafqazdakı prosesləri müzakirə ediblərbackend

Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı Murat Nurtleu ilə ayaqüstü görüş keçirib.

“Görüş zamanı tərəflər ikitərəfli münasibətləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər”, – məlumatda qeyd edilib.

Bundan əlavə, nazirlər qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.