Bankomatı partladıb pulları apardılarbackend

Gürcüstanın Koxnari kəndində yerləşən İcma Mərkəzinin binasında partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə “Mtavari arxi” telekanalı məlumat yayıb.

Hadisə ötən gün saat 23:30 radələrində qeydə alınıb. Həmin vaxt Gürücüstanda fövqəladə vəziyyət rejimi və komendant saatı qüvvədə olub.İlkin ehtimallara görə, mərkəzin zalında olan “Liberty Bank”ın bankomatı partladılıb. Partlayışdan sonra cinayətkar və ya cinayətkarların bankomatdan bir neçə min lari pul oğurladıqları bildirilir.

Hadisə nəticəsində İcma Mərkəzinin qapıları, tavanı, ofis mebeli və texnikasına da ziyan dəyib. Xəsarət alanlar barədə məlumat yoxdur.

Faktla bağlı istintaq aparılır.