Pandemiya fonunda 2020-ci ildə dövlətin məşğulluq və sosial rifaha dəstək tədbirləri ölkənin 4 milyon 800 min nəfərini əhatə edib.
Gulustan.info-nun məlumatına görə, bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deyib.
“Ölkədə özünüməşğulluq proqramının əhatə dairəsi də genişləndirilib. Proqram 12 min 200 işsiz və işaxtaran aztəminatlı şəxsi əhatə edib. Məşğulluq və sosial rifahın dəstəklənməsi üzrə 610 milyon manat vəsait xərclənib”.
Baş nazir əlavə edib ki, 2020-ci ildə pandemiyanın təsirlərinin azaldılması məqsədilə sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi üçün 461 milyon manat vəsait ayrılıb. Həmçinin, qeyd edilib ki, 115 milyon manat həcmində də vergi güzəştləri tədbiq edilib