Baş Nazirin müavini koronavirus əleyhinə peyvənd edildibackend

Rusiya Baş Nazirinin müavini Marat Xusnullin koronavirus əleyhinə peyvənd olunduğunu söyləyib.
Azvision.az xəbər verir ki, bu barədə Xusnullin “Twitter” hesabında yazıb.

“Mənə COVID əleyhinə peyvənd vuruldu, lakin hamı ehtiyat tədbirlərinə əməl etməlidir!”,- deyə Baş Nazirin müavini bildirib.

Bundan əvvəl Kursk vilayətinin qubernatoru Roman Starovoyt Rusiyada koronavirusa qarşı yeni təsdiqlənmiş “Sputnik V” peyvəndinin sınaqlarında iştirak etdiyini söyləyib.

Xatırladaq ki, Rusiya səhiyyəsi COVID-19 profilaktikası üçün dünyada ilk peyvəndi qeydə alıb.