ABŞ Prezidenti Cozef Bayden Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı yeni bəyanat verəcək.
Onun çıxışı barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, C.Bayden aprelin 21-i səhər saatlarında (Bakı vaxtı ilə 17.45-də) Vaşinqtonda çıxış edəcək.
«Prezident Rusiya və Ukrayna ilə bağlı son məlumat verəcək», — Ağ Evdən bildiriblər.