ABŞ Prezidenti Donald Tramp Çini yenidən bütün dünyada koronavirusu yaymaqda, eyni zamanda prezident seçkilərində rəqibi, ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydeni dəstəkləməkdə ittiham edib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ lideri “Twitter”də yazıb.
“Çin kütləvi dezinformasiya kampaniyası aparır və onlar yuxuda olan Co Baydenin prezidentlik yarışında qalib gəlməsini istəyirlər. Çünki mənə qədər on illər boyu ABŞ-ı qarət ediblər, bundan sonra da qarəti davam etdirə biləcəklərini düşünürlər”.
Tramp Çinin ABŞ-a və Avropaya qarşı apardığı dezinformasiya və təbliğat hücumunu, eyni zamanda ictimaiyyətin diqqətini COVID-19-dan yayındırmaq cəhdini ayıb adlandırıb.
“Hamısı yuxarıdan gəlir. Onlar vəbanı asanlıqla dayandıra bilərdilər, amma etmədilər!”, – deyə Tramp vurğulayıb.