Azərbaycan xalqı təmsil etdiyi bütün mənəvi varlıqların ən gözəl xüsusiyyətlərini özündə ehtiva edir. Biz qafqazlı kimi cəsur, türklər kimi döyüşkən, müsəlmanlar kimi etiqadlı xalqıq. Müsəlman şərqində qadına ilk dəfə seçib-seçilmək hüququ verən bir cəmiyyətin nümayəndələriyik. At üstündə igid ərlərə, nərənlərə yoldaşlıq etmiş nənələrimiz, analarımız olub. Biz qız övladı dünyaya gələndə evimizə ruzi, bərəkət gəldiyini düşünən, onların simasında xeyir, şadlıq diləyən insanlarıq. Yəni, qadına olan etimadımız, hörmətimiz sonsuzdur. Elə cənnətin anaların ayağının altında olmasına olan inamımız da bu etimadan, bu hörmətdən irəli gəlir. Əlbəttə, mən tarix kitablarında dövlətlərə yön vermiş qadın sərkərdələrdən bəhs etməyəcəm. Müasir dövrdə özü yaşaya-yaşaya əfsanəyə dönən, tarix yazan bir lider xanımdan və onun insanların qalxa biləcəyi ən uca zirvələri fəth etməsindən bəhs etmək istərdim. Bu gün Azərbaycanda bütün valideynlər qız övladlarına onu nümunə göstərir. Bütün gənc qızları Mehriban xanımı özlərinə örnək kimi qəbul edirlər. Mehriban xanım sübut etmişdir ki, Azərbaycan xanımı həm oxuyub, özünü inkişaf etdirərək yüksək dövlət vəzifələrini uğurla icra edə bilər, həm də ailədə yaxşı həyat yoldaşı, qayğıkeş ana ola bilər. Məhz buna görə deyə bilərik ki, Mehriban xanım Əliyeva müasir Azərbaycan qadının etalonudur.
Müasir tariximiz əlbəttə, Heydər Əliyev zirvəsi ilə başlayır. Əgər arxiv videolarına baxsanız onun yanında istər açılışlar zamanı, istər də görüşlər vaxtı mütləq ailəsinin xanım üzvlərindən biri olardı. Bu, Ulu Öndər qadına verdiyi dəyərin təzahürüdür. Zərifə xanım Əliyeva vaxtsız dünyadan köçdükdən sonra ölkənin həm birinci ailəsinin, həm də dövlət işlərinin zərif yükü çox hörmətli Mehriban xanım Əliyevanın üzərinə düşdü. O həm övlad, həm ana, həm də həyat yoldaşı kimi Zərifə xanım Əliyevanın vaxtsız yoxluğunda onu ləyaqətlə əvəz etdi. Zərif çiyinlərində bir xalqın yükünü qaldıra biləcəyini hələ Ulu Öndər Heydər Əliyevin sağlığında sübut edə bilmişdir.
10 may 2004-cü ildə Heydər Əliyev Fondunun yaradılması Mehriban xanım Əliyevanın hümanitar fəaliyyətinin növbəti mərhələsi hesab olunmalıdır. Çünki o, hümanitar fəaliyyəti ilk həkim kimi işlədiyi zamanlardan başlamışdır. Mehriban xanım Əliyevanın ictimai fəaliyyəti isə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları fondu ilə başlamış və 1996-ci ildə yaratdığı “İrs” jurnalı ilə davam etmişdir.
Hesab edirəm ki, Heydər Əliyev Fondu Mehriban xanımın rəhbərliyi altında öncə ölkə daxilində, sonra yerləşdiyimiz regionda və daha sonra bütün dünyada həyata keçirdiyi sosial layihələrlə nəinki özünü təsdiqlədi, eyni zamanda da digər bu sahədə fəaliyyət göstərmiş nüfuzlu təşkilatlara da örnək təşkil etmiş oldu. Məhz bu fəaliyyətin nəticəsində dünyanın müxtəlif regionlarında dünya mədəniyyətinin incilərinin restovrasiyaları təşkil edildi, müxtəlif yoxulucu xəstəliklərlə mübarizə çərçivəsində dünya əhalisinə Azərbaycan xalqı öz hümanist əlini uzatdı. Heydər Əliyev Fondu elm-təhsil, səhiyyə, mədəniyyət sahəsində onlarla milli əhəmiyyətə malik layihə həyata keçirmişdir. Bu gün ölkəmizin elə şəhəri, elə kəndi yoxdur ki, orada Heydər Əliyev Fondunun imzasını görməyək. Yenilənən məktəblər, uşaq bağçaları, körpələr evləri və digər sosialyönümlü layihələr cəmiyyətimizin sağlam inkişafına xidmət etməkdədir.
Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində gördüyü işlər, müstəsna xidmətlər məhz Mehriban xanımın adı ilə bağlıdır. Nyu-york, Paris, London, Vyana, Moskva və digər dünyanın elm, siyasət və mədəniyyət şəhərlərində Mehriban xanımın rəhbərliyi ilə keçirilmiş tədbirlər sayəsində biz öz mədəniyyətimizi dünya birliyinə qəbul etdirə bilirik. Azərbaycan mədəniyyət nümunələrininin və nümayəndələrinin incəsənətimizi layiqli təmsil etməsi və bunun üçün yaradılmış şərait başda dövlət başçısı cənab Prezident olmaqla Mehriban xanımın adı ilə üzvü əlaqəlidir. Hər bir Azərbaycan vətəndaşı müasir cəmiyyətimizdə Muğamın geniş yayılmasına kimin səbəb olduğunu gözəl bilməkdədir. 2005-ci ildən keçirilən Muğam Televiziya Müsabiqələri Mehriban xanımın Azərbaycan xalqının irsinin yaşadılması naminə imza atdığı ən böyük layihədir. Çox yaxşı xatırlayıram, bir dəfə müsabiqəni zalda izləməyə getmişdim. Hər şey hazır idi, dedilər ki, çox hörmətli Mehriban xanım Əliyeva özü də canlı efiri izləyir və hər bir məqam məhz onun diqqətindədir. Mehriban xanımın diqqətindən zalda olan hər kəsin böyük stimul aldığına özüm şahidəm.
Mehriban xanım Əliyeva vətəninin layiqli övladı, sosial layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də məharətli siyasətçidir. Mehriban xanım 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Mehriban Əliyeva səs çoxluğu ilə deputat seçilmişdir. Mehriban xanımın ictimai-siyasi fəaliyyəti onun nəinki, vaxtı ilə seçilmiş olduğu rayonda, hətta bütün ölkə ərazisində xalqının rifahına hesablanmışdır. 2017-ci ildə dövlət başçısı möhtərəm İlham Əliyev tərəfindən Zati-alilərinin Birinci vitse-prezident təyin olunması çox hörmətli Mehriban xanım Əliyevaının yorulmaz fəaliyyətinin nəticəsidir. Mən bütün məsuliyyətimlə deyə bilərəm ki, Mehriban xanım ona həvalə olunan bütün vəzifələrin öhtəsindən məsuliyyətlə gələ bilmişdir. Ötən zaman bunun ən bariz nümunəsidir. Hesab edirəm ki, bizim hər birimiz bir daha şahidi olduq ki, möhtərəm Prezident kadr siyasətində yanılmır. Mehriban xanımın Birinci vitse-prezident kimi fəaliyyəti xalqın rifahı, dövlətin inkişafı naminə yönəlmişdir.
Mehriban xanım ölkəmizin son illər inkişafına cox ciddi töhfələr vermişdir. Müxtəlif beynəlxalq tədbirlərin, yarışların, görüşlərin təşkilatçısı kimi ölkəmizin ağır sınaqlarından uğurla çıxmağında Birinci vitse-prezidentin çox böyük əməyi vardır. Biz onun timsalında Azərbaycan xalqının qonaqpərvərliyini bütün dünya əhalisinə nümayiş etdirə bilirik. Bilirsinizmi, ən incə məqamlarda milli kimliyimizi, milli dəyərlərimizi, mənəvi varlığımızı dünya birliyinə çatdırmaq hesab edirəm ki, xanım Əliyevanın ölçüyə gəlməz fəaliyyətidir.
Çoxsahəli və çoxşaxəli fəaliyyət spektorları Mehriban xanımın həm xalqına olan sevgsinin, həm də dövlət işində peşakarlığının təzahürüdür. Koronavirus pandemiyasının ilk günlərindən öz bir illik əmək haqqını cənab Prezidentlə bərabər bu mübarizəyə həsr edərək o, xalqına mənəvi güclə yanaşı, maddi dəstək olacağını da göstərdi. Onun qayğısı ilə səhiyyəmizin inkişafı artır. Onlarla mədəniyyət və incəsənət xadiminin müalicə xərclərinin Mehriban xanım tərəfindən qarşılanması yaşayan dəyərlərimizin qorunmasına xidmət edir.
İşğal dövründə Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması bir başa Cənab Prezident İlham Əliyevlə yanaşı Heydər Əliyev Fondunun danılmaz fəaliyyətidir. Təkcə “Xocalıya ədalət” kampaniyasını vurğulamaq kifayətdir ki, biz Mehriban xanımın rəhbərliyi ilə fondun bu sahədə gördüyü işlərinə qiymət verək. İndi isə əsas məqsəd cənab Prezidentin bərpa siyasətinə dəstək verməyimiz olmalıdır ki, Heydər Əliyev Fondu bu işdə də birincilərdəndir. Şuşada “Xarıbülbül” müsiqi festivalının təşkili və digər milli-mənəvi dəyərləri özündə birləşdirən mədəni tədbirlərin təşkili Mehriban xanımın fəaliyyətinin görünən hissələridir.
Vətən Müharibəsi ərəfəsində və Vətən Müharibəsindən sonra Mehriban xanımın əsil ana, bacı, qız övladı kimi öz xalqına münasibətini hər birimiz gördük, görürük!. Şəhid analarının, ailələrinin dərdinə şərik olan birinci xanım öncə xalqı ilə bir kədərin, daha sonra isə zəfərin daşıyıcısı kimi davrandı. İçindən, ruhundan gəldiyi kimi göz yaşı tökdü xalqının şəhidlərinə. Xalqını, müzəffər ordusunu alqışladı, qəhrəman vətən oğullarını bir ana kimi bağrına basdı. Onun sözü imzası qədər güclü olan bir lideri var. Möhtərəm Prezident İlham Əliyevin iti zəkası, dərin bilgiləri, sonsuz vətən sevgisi hər birimizə örnəkdir. Cənab Prezidentin gərgin əməyinin arxasında dayanan, ona mənəvi güc verən, dayaq olan məhz Mehriban xanım Əliyevadır. Biz ən çətin anlarda Mehriban xanımın həm öz həyat yoldaşına, həm də xalqına necə böyük dəstək olduğunu əyani hiss edirik. Məhz budur Azərbaycan xalqının yeri gələndə mənəvi övladına, anasına, bacısına olan sevgisinin əsası.
Əlbəttə, Mehriban xanım Əliyeva dünyanın ən hörmətli qadın siyasətçilərindən biridir. Lakin əminəm ki, hər biriniz işğaldan azad olunmuş torpaqları məhz Mehriban xanımın gözündən, obyektivindən izləməyi sevirsiniz. O, bütün rəsmi simalarını bir kənara qoyaraq işğaldan azad olunmuş torpaqları, orada həyata keçirilmiş olan erməni vandalizmini və yeni qurulacaq şəhərlərin planlarını öz sosial şəbəkə səhifələrindən paylaşmaqla dünyanın hər yerindən on minlərlə insanın diqqətini məhz bu torpaqlara, ərazilərə çəkir. Bu əsil vətəndaşlıq vəzifəsidir!
Yeni Azərbaycan Partiyası Suraxanı Rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev