Ərdoğan: “2023-cü ildə Aya eniş edəcəyik”backend

Ankarada Miili Konqres və Mədəniyyət Mərkəzində Türkiyənin milli kosmik proqramının təqdimat mərasimi keçirilib.

Mərasimə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb.

Dövlət başçısı çıxışında bildirib ki, bu gün əsrlər boyu yer üzündə ədaləti, əxlaqı və sülhü təmsil edən türk mədəniyətinin səma yoluna qapısı açılır.

Yaxın zamanda türk mühəndislərinin yazdığı proqramlarla təhlükəsizliyimizi tamamilə təmin edə biləcəyik. Zaman göstərdi ki, vaxtında pilotsuz uçuş aparatları istehsalına sərmayə yatırmaqla oyunu dəyişdirən tərəfdə yer almağı bacardıq.

Bəşəriyyətin bir qisminin deyil, hamının sülh və əminamanlıq içində yaşamasını təmin etmək üçün yenidən mədəniyyətimizi dirçəltmək məcburiyyətindəyik. Bu isə ilk növbədə Türkiyənin kosmik yarışda qət edə biləcəyi məsafədən asılıdır. Təkcə özümüz üçün deyil, sıxışdırılmış, faşizm və cinayətkar şəbəkələrin ümidinə buraxıılmış qərbli qardaşlarımız üçün də bunu etməyə məcburuq”, – deyə Ərdoğan bildirib.

Prezident Türkiyənin 2023-cü ildə yerli istehsal hibrid roketlə Aya sərt eniş edəcəyini də bəyan edib.