Ermənistanda son 24 saat ərzində 184 nəfər koronavirusa yoluxub, 3 nəfər bu virusdan ölüb.
Hazırda Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 4283 nəfərdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, son sutka ərzində daha 3 nəfər ölüb. Ölənlərin sayı bununla da 55 nəfərə çatıb.
Qeyd edək ki, Ermənistanda COVID-19 virusu ilə əlaqədar martın 16-dan fövqəladə vəziyyət elan olunub.
Hökumətin qərarı ilə fövqəladə vəziyyət rejimi iyunun 13-dək uzadılıb.












