Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi general-leytenant Artak Davtyanda COVID-19 aşkarlanıb.
Bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb.
Bildirilib ki, A.Davtyanla yanaşı, silahlı qüvvələrin digər yüksəkrütbəli nümayəndələri də koronavirusa yoluxub.
Bununla bağlı silahlı qüvvələrin 30 illiyinə həsr olunmuş tədbir ləğv olunub.