Feysbuk bu tətbiqi sildibackend

Feysbuk İnstaqram tətbiqinin Layt (Lite) versiyasını bağlayıb.

Xeberim.Az ted.az-a istinadən bildirir ki,  İnstaqram Layt Play Store və App Store-dan silinib.

Tətbiqi əvvəlcədən yükləmiş olsanız belə, ondan istifadə edə bilməyəcəksiniz, bunun əvəzinə İnstaqram sizə tətbiqin adi versiyasını yükləməyi və uyğun platformaya yönləndirməyi təklif edəcək.

Məlumat üçün bildirək ki, “Instagram Lite”  İnstaqram tətbiqinin sadələşdirilmiş versiyasıdır. Tətbiq sadə versiyadan fərqli olaraq smartfon sahibinin trafikinə qənaət edirdi, həmçinin daha az RAM istehlak edərək prosessoru yükləmirdi.