Bu gün saat 08:36-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər ilə Ermənistan arasındakı sərhəd bölgəsində Azərbaycanın mülki vətəndaşlarına qarşı atəş açmaq üçün əlavə raket sistemləri hazır vəziyyətə gətirilib.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
“Qanuni hərbi hədəf olaraq mülki şəxslərin qorunmasını təmin etmək üçün onlar zərərsizləşdirilib”.