Koronavirus pandemiyasının ortaya çıxdığı Çində ikinci dalğanın yayılması nəticəsində son gündə 28 nəfər infeksiyaya yoluxub.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Komitəsi məlumat yayıb.
Bildirilib ki, virus təsbit edilənlərdən 4 nəfəri ölkəyə xaricdən gəlib.
Son sutka ərzindəki 21 yoluxma faktı paytaxt Pekində qeydə alınıb.
Beləliklə, Pekində 12 iyundan bəri aşkarlanan yoluxma sayı 158 olub.
Son rəqəmlərə görə, bu günədək Çində 83 min 293 nəfər virusa yoluxub, 4 min 634 nəfər ölüb.