İranın OPEC-dəki nümayəndəsi vəfat edibbackend

İranın Neft İxrac edən Ölkələr Birliyindəki (OPEC) nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili dünyasını dəyişib.

Qeyd edilir ki, o, 68 yaşında vəfat edib. Hüseyn Kazımpur mayın əvvəllərində beyindaxili qanaxmaya görə komaya düşüb.

Agentlik bildirib ki, Kazımpur səhər tezdən ölüb.

Ərdəbili təcrübəli müzakirəçi və diplomat idi. O, əvvəllər Yaponiyada səfir işləyib. Bununla yanaşı, İranın neft sektorunda başlıca fiqur və neft naziri Bijən Zəngənənin sağ əli sayılırdı. 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı Əhatəli Razılaşma Müqaviləsi imzalanandan sonra Kazımpur Ərdəbilinin sayəsində OPEC-də bu ölkənin neft hasilatının qismən bərpasına nail olunub./Report