Layihənin növbəti təlimi “Media və Kommunikasiya” mövzusunda təlimçi Leyla Rəhimova tərəfindən keçirildi.
Təlim zamanı “Kommunikasiya nədir?, “Media və Kommunikasiya arasında əlaqə”, “Kommunikasiya qurularkən nələrə diqqət yetirilməli” və s. kimi mövzularda müzakirələr aparılıb. Sonda isə qrup işlərinin təqdimatı ilə layihənin növbəti günü yekunlaşıb.
Qeyd edək ki, layihə mentorların müxtəlif mövzularda təlimləri ilə gənclərin səmimi atmosferdə öz şəxsi inkişaflarının təmin edilməsinə yönəlmişdir.


