Yalnız onların köməyi ilə həyat irəliyə doğru gedə bilər. Ağac böyüyüb budaqlandığı kimi müəllimlər də dünyanın müxtəlif yerlərində insan yetişdirir. Bu cür fövqəl peşəyə sahib olanlar həyatda ən ali zirvə və ada layiq olurlar. İnsan böyüyüb hər hansı peşəyə,rütbəyə və ya səviyyəyə sahib olursa olsun yaddaşında daima qalan onun müəllimləri olur. Nə xoş o müəllimə ki,saysız hesabsız cəmiyyət nümayəndəsi yetişdirir və onların yaddaşında daimi qalır.
Azərbaycan müəllimi peşəsini layiqincə yerinə yetirirək vətənin tarixini,coğrafiyasını,mədəniyyətini aşılayaraq həkimlər,mühəndislər,hakimlər və ən əsası qəhrəmanlar yetişdirir.
Bakı şəhəri 251 saylı tam orta məktəbin müəllimi Günel Səfərova da illərdir peşəsində layiqincə fəaliyyət göstərir. Dərs dediyi şagirdlərin sevimlisi olan Günel müəllimə tədris etdiyi fənni də sevdirməyi bacarıb. www.xeberim.az kollektivi olaraq şagirdi Cəfərli Əzizə adından Günel Səfərovanın bayramını təbrik edir,şərəfli peşə yolunda müvəffəqiyyətlər arzulayırıq.