Naməlum şəxs avtomobili polislərin üzərinə sürübbackend

ABŞ-ın Baffalo şəhərində davam edən etiraz aksiyaları zamanı naməlum şəxs avtomobili polislərin üzərinə sürüb.

 

Buta.ws -in məlumatına görə, insident nəticəsində iki polis əməkdaşı ağır xəsarət alıb.

 

Həmin şəxs hadisə yerindən uzaqlaşıb. Hazırda onun axtarışları aparılır. Polis əməkdaşları xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ABŞ-ın Minneapolis ştatında qaradərili Corc Floydun öldürülməsi ilə etiraz aksiyaları davam edir. Ölkə Prezidenti Donald Tramp iğtişaşların qeydə alındığı şəhərlərə zirehli texnika göndərəcəyini bildirib.