Pentaqon Azərbaycanla Ermənistan arasındakı toqquşmaların yaratdığı qeyri-sabit vəziyyəti diqqətlə izləyir.
Bu barədə “Anadolu” agentliyinə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Tomas Kempbel deyib.
“Biz həm Azərbaycana, həm də Ermənistana bütün yardımlarımızı diqqətlə strukturlaşdırmışıq ki, bunun heç bir halda iki ölkə arasındakı münaqişə ilə bağlı olmayacağını təmin edək”, – deyə rəsmi nümayəndə bildirib.
O əlavə edib ki, Pentaqon zorakılığı pisləyir, ölənlərin və yaralananların ailələrinə başsağlığı verir: “ABŞ tərəfləri predmet danışıqlara mümkün qədər tez qayıtmaq üçün dərhal hərbi əməliyyatları dayandırmağa və Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırır”.