Pişiyi karantinə saldılarbackend

Rusiyada beş yaşlı ev pişiyində koronavirus aşkar edilib. Day.Az xəbər verir ki, heyvanın sahibi Moskva sakini mayın 18-də pişiyin test edilməsi xahişi ilə müraciət edib. Bundan sonra pişikdən götürülmüş test pozitiv çıxıb.

Pişik sahiblərinin koronavirus xəstəsi olub-olmaması barədə məlumat verilmir və xəstəliyin əlamətləri barədə də məlumat yoxdur. Virusa yoluxmuş heyvan isə karantinə alınıb.

Qeyd edək ki, bu vaxta qədər ev heyvanlarından insana koronavirus yoluxması faktı təsdiq olunmayıb.