İtkin düşən insanların axtarışları davam etdirilir
Banqladeşdə qayığın çevrilməsi nəticəsində azı 4 nəfər ölüb, 15-i isə itkin düşüb. Avtosfer.az xəbər verir ki, insident mayın 26-da Siracqanc dairəsində qeydə alınıb. Bu barədə “Sinhua” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, “Camuna” çayında göyərtəsində 70 nəfərin olduğu qayıq, qeyri-sabit hava şəraiti səbəbindən çevrilib. Hadisə zamanı azı 50 sərnişin xilas edilib.
Hazırda yerli xilasetmə xidmətinin əməkdaşları və sakinlər itkin düşən insanların axtarışlarını davam etdirirlər.