Səhiyyə naziri şəxsən o vətəndaşa zəng etdi – FOTObackend

Həmzə Tatlı adlı Türkiyə vətəndaşı ictimai nəqliyyatda qoruyucu tibbi maskanı gözlərinin üstünə çəkib.

Publika.az xəbər verir ki, olayın görüntüləri sosial mediada geniş kütlə tərəfindən paylaşıldıqdan sonra ölkənin Səhiyyə naziri Fahretin Koca buna cavabsız qala bilməyib.

O, vətəndaşın sözügedən fotosunu “bu gedişlə sıfır yoluxma yuxudurmu?” başlığı ilə paylaşıb. Daha sonra həmin vətəndaşa şəxsən zəng edib.

Hamza Tatlı məsələ ilə bağlı açıqlamasında bunları deyib: “Nazirimiz telefonda fotomu topluma mesaj vermək üçün paylaşdığını söylədi. Mən də maskanı xərçəng xəstəsi olan anamı xəstəxanaya aparanda günün yorğunluğu refleksi ilə gözümə taxdığımı söylədim. Nazir də sağ olsun, anamın müalicəsi ilə maraqlanacağını söylədi. Nəzakətli davranışına görə ona təşəkkür edirəm”.

Mersin sakini fotosunun geniş yayılmasına reaksiya olaraq bildirib ki, gündə 19 saat işləyir. Buna görə də anasını xəstəxanaya apararkən yorğun olub. Pəncərə kənarında oturduğu üçün gözlərinə gün düşüb və maskanı ona görə gözlərinin üzərinə çəkib.

Qeyd edək ki, Səhiyyə naziri Fahrettin Koca koronavirus pandemiyası Türkiyədə yayılan ilk gündən fasiləsiz və peşəkar fəaliyyətinə görə həm həmvətənləri, həm də bir çox ölkələr tərəfindən təqdir edilir.