Son dəqiqə: O ölkəni sarsıdan sui-qəsd – Nazir namazdan çıxarkən öldürüldübackend

Somalidə ölkəni sarsıdan hadisə baş verib.

 

 

 

Avropa.info xəbər verir ki, Somalinin Hirshabelle əyalətinin kənd təsərüfatı naziri Abdukadir Abukar sui-qəsd nəticəsində öldürülüb.

 

 

Polis məmuru Abdifəttah Həsən məsələylə bağlı etdiyi açıqlamada, əyalətin Jovhar şəhərində axşam namazının ardından məsciddən çıxan nazir Abukar kimliyi hələ bəlli olmayan şəxslər tərəfindən silahlı hücuma məruz qaldığını deyib. Abdifəttah Həsənin dediyinə görə, silahlı hücumda nazir həyatını itirib, hücum edən şəxslər isə hadisə yerindən qaçıblar. Təhlükəsizlik qüvvələri hadisəylə bağlı araşdırmaya başlayıb.