SON DƏQİQƏ: Pakistandan sərt reaksiya – Səfir XİN-ə çağırıldıbackend

Fransanın İslamabaddakı səfiri Pakistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Pakistan XİN-in mətbuat xidməti məlumat yayıb.

XİN rəsmisi Fransa səfirinin çağırıldığını təsdiqləyib və bildirib ki, Pakistan hökuməti ifadə azadlığı libası altında sistemli olaraq islamofobiya kampaniyasını qınayır.