“Telegram”ın işində növbəti dəfə problem yarandıbackend

“Telegram” sosial şəbəkəsinin işində növbəti dəfə problem yaranıb.

Bununla bağlı sosial şəbəkə istifadəçiləri “Downdetector” saytında məlumatlarını paylaşıblar.

Rusiya, Belarus, Ukrayna, Almaniya, İtaliya və Niderlanddan olan istifadəçilərin 68 faizi sosial şəbəkədən istifadə edə, 28 faizi isə “Telegram”dan məktub göndərə bilmədiklərini açıqlayıblar.

Qeyd edək ki, oktyabrın 4-də yaranmış problem zamanı “Telegram”ın 92 faiz istifadəçisi sosial şəbəkəyə daxil ola, 8 faizi isə məlumat paylaşa bilməyib.