Təyyarə və qatar biletlərinin satışına başlanıbbackend

Türkiyədə COVID-19 pandemiyası ilə əlaqədar dayandırılan dəmir yolu, sürətli qatar və təyyarə reysləri bərpa edilir.

 

XeberOxu.az-ın məlumatına görə, bu gündən etibarən ölkədə dəmir yolu və sürətli qatar biletlərinin satışına başlanıb. Türkiyədə dəmir yolu səfərlərinin mayın 28-dən, aviareyslərin isə iyunun 4-dən etibarən başlaması nəzərdə tutulur.

 

Biletlər ilkin mərhələdə yalnız onlayn sistemlə satılacaq.

 

Səfərlər qabaqlayıcı tədbirlər çərçivəsində baş tutacaq.