ABŞ-ın Arizona ştatının Finiks şəhəri yaxınlığındakı ticarət mərkəzi naməlum şəxslər tərəfindən atəşə tutulub.
Hadisə nəticəsində 3 nəfər yaralanıb.
Polis zərərçəkənlərdən birinin vəziyyətinin ağır olduğunu bildirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun barəsində məlumat açıqlanmır.