ABŞ prezidenti Donald Tramp koronavirus əleyhinə vaksinin hazırlanmasından danışıb.
Məlumata görə, dövlət rəhbəri qeyd edib ki, ABŞ administrasiyası gələcəkdə koronavirus vaksininin pulsuz yayılması imkanını istisna etmir.
“Biz əslində bunu araşdırırıq”, – Donald Tramp vurğulayıb.
O həmçinin ABŞ alimlərinin ən yaxın müddətdə xəstəlik əleyhinə vaksini hazırlamağa müvəffəq olacaqları barədə fikrini ifadə edib./Report