«Türkiyə Azərbaycanı dəstəkləməyə davam edəcək» — Hulusi Akarbackend

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar növbəti dəfə Azərbaycana dəstəyini ifadə edib.

“The Centre for British-Turkish Understanding” tərəfindən yayımlanan proqramda çıxış edən türkiyəli nazir ölkəsinin bundan sonra da Azərbaycanı dəstəkləməyə davam edəcəyini bildirib.

O deyib: “Türkiyə, xalqını və ərazi bütövlüyünü qoruyan Azərbaycan ilə həmrəyliyini göstərir və bundan sonra da onu dəstəkləməyə davam edəcək”.