ÜST: “Məhdudiyyətər yenidən ağırlaşa bilər”backend

“Pandemiya dövründə məktəblərin və iş yerlərinin açılmasını dəstəkləyirik, lakin karantin qaydalarına ciddi əməl etməyi unutmamalıyıq”.

APA RIA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə bildirib.

ÜSt rəhbəri qeyd edib ki, sanitar-gigiyenik qaydalara nə qədər ciddi yanaşılsa, bir o qədər digər məhdudiyyətlərin aradan qaldırılması tez baş tutar.

Qebreyesus əlavə edib ki, karantin qaydalarına riayət etməmək məhdudiyyətərin yenidən ağırlaşmasına səbəb ola bilər.