Vladimir Putin Türkiyəyə səfər edəcəkbackend

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“V.Putinin Türkiyəyə səfəri epidemioloji vəziyyət və prezidentlərin iş qrafiki imkan verən kimi baş tutacaq”, — D.Peskov bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl V.Putini Türkiyəyə səfərə dəvət edib.