Dünya üzərində əlaqələri çox sıx, yaxın olan, lazım gəldikdə birlikdə müharibələr edən bir çox dost, qardaş ölkə var. Amma bu ölkələrin bir çoxunun dostluğu qarşılıqlı maraq üzərində qurulub. Tarix çox vaxt aralarından “su keçməyən” dövlətlərin bir-birinin kürəyindən vurmasının şahidi olmuşdur. Amma bizim bu sarıdan bəxtimiz gətirib. Bəlkə də dost deyə bildiyimiz ölkələrin sayı çox azdır, amma eyni dilin fərqli ləhçəsində danışdığımız, eyni soydan, eyni dindən gəldiyimiz iki dövlət bir millətik – Azərbaycan və Türkiyə!
Səmimi münasibətilərimiz təəssüf ki, bütün dünyanı qısqandırır. Tarixə nəzər salsaq görərik ki, Türkiyə və Azərbaycan daim bir-birinin yanında olmuşlar. Bu yüz il bundan qabaq da belə idi, bu gün də belədir. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib, hər iki dövlətin qurucularının — istər Mustafa Kamal Atatürkün, istərsə də Ümummilli Lider Heydər Əliyevin çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduğu xalqı və dövləti yaşadıb, yaşadır. Bu gün də eyni tendensiya davam edir və yeni dövrün müasir çağırışlara cavab verən liderləri yetişir. İstər cənab Prezident İlham Əliyev, istərsə də möhtərəm Prezident Rəcəb Tayyib Ərdoğan dövlətlərimizin inkişafına öz töhfələrini verirlər. Elə sülhə məcburetmə əməliyyatının ilk günlərində cənab Ərdoğanın tarixi çıxışı və dəstəyi münaqişəyə əlavə müdaxilələrin qarşısını almış oldu. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hücumun ilk saatlarında Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmiləri Azərbaycana güclü siyasi, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun dəstək verdilər.
Ermənistan dövlət və hökumət başçılarının yalançılıq tendensiyaları onların soyköklərindən gəlir. Zorla münaqişənin arealını böyütmək və üçüncü tərəfləri münaqişəyə cəlb etmək məqsədilə Türkiyənin iştirakını olmayan faktlarla sübut etməyə çalışırlar. Nəticə isə yoxdur. Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur. Nəinki türklər, Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu dezinformasiyadır. Bu, müəyyən ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur.
Azərbaycanın müzəffər ordusunun uğurlu əməliyyatlarının da bu qardaşlıq dəstəyindən qaynaqlandığını vurğulayan Ali Baş Komandan Cənab İlham Əliyevin açıqladığı kimi artıq dünya dəyişir, hər kəs bizim gücümüzü görür. Ordumuzun gücü qarşısında aciz qalan Ermənistan Azərbaycanın dinc əhalisini raketlərlə vurmağı qarşısına məqsəd qoyub. Bu vəhşiliyi dünya görsə də hələ də bəzi erməni lobbisinə xidmət edən ölkələr bu cinayətə səssiz qalır.
Ermənistan döyüşdə uduzduqca içindəki Türkiyə və ümumiyyətlə türkə olan nifrətini çıxartmağa başlayıb. Türkiyədən bir çox dövlət silah alır, biz də bir çox dövlətlərdən silah aldığımız təqdirdə, Türkiyəyə qarşı ittihamlar qəbul olunmazdır. Ermənistan gedib güzgüyə baxsın. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Biz isə öz pulumuzla alırıq. Əlbəttə ki, bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə kömək edən müasir silahları almaq imkanımız var. Bəs “acından ölən” Ermənistan bunu nəyin hesabına edir, dünya bu suala cavab tapmalıdır.
Mövcud vəziyyətlə əlaqədar son hadisələr sübut edirki, Ali Baş Komandanın əmrini gözləyən, onu dəstəkləyən, yanında olan minlərlə vətəndaşın vətən eşqi, azadlıq sevdası bizi qələbəyə yaxınlaşdıran birliyimiz, gücümüzdür. Bu həssas dönəmdə Türkiyə rəsmiləri ilə yanaşı, Türkiyə xalqından da Azərbaycan xalqına böyük dəstək görmüş olduq. Onların arasında “Dağlıq Qarabağda savaş başlayarsa, düşünmədən gedərəm” deyən qan qardaşlarımız var. Basqa heç bir xalq bu addımı atmazdı. Bu bir daha “türkün türkdən basqa dostu yoxdur” ifadəsini təsdiqləmiş olur!
Bu gün Azərbaycanda minlərlə erməni ölkəmizin müxtəlif şəhərlərində, əsasən də paytaxt Bakıda yaşayır. Bizim ikinci ən böyük şəhərimiz olan Gəncəyə, heç bir hərbi obyekt olmayan Tərtərə, Bərdəyə hücum üçün ermənilərin istifadə etdiyi uzunməsafəli dağıdıcı mərmilərdən istifadə edirlər. Əslində Ermənistan mülki əhaliyə qarşı törətdikləri cinayətləri ilə bundan sonra azərbaycanlılar və ermənilərin birgə yaşamasını çətinləşdirir. Bu gün Azərbaycanın müxtəlif regionlarında sülh şəraitində və ləyaqətlə yaşayan minlərlə erməni var. Eyni vəziyyəti Qarabağda da təmin etmək olar.
Prezident İlham Əliyev Nikol Paşinyanın tarixdən, siyasətdən və insanlıqdan uzaq insan olduğunu faktlarla sübut edir. O, Azərbaycan kimi dövlətə və siyasi liderinə şərtlər qoymağa çalışır. Əlbəttə, bu şərtlərin heç biri qəbul edilməyəcək. Bu gün Azərbaycan ordusu güclüdür. Azərbaycan siyasi rəhbəri dünyada kifayət qədər tanınan və yüksək nüfuza malik olan lider kimi özünü təsdiq edib. Azərbaycana qarşı bu cür hərəkətlər qəbul edilməzdir. Hesab edirəm ki, Cənab Prezidentin səsləndirdiyi fikirlər Ermənistana və onun havadarlarına ciddi ismarıcdır.
Bizim Ordumuza və Cənab Ali Baş Komandan İlham Əliyevə inamımız sonsuzdur!
Qələbə bizimlədir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandir!