Yanvarın 15-dən bu şəxslərin ictimai nəqliyyatdan istifadəsi QADAĞAN EDİLDİbackend

Koronavirusla mübarizə çərçivəsində Türkiyənin İstanbul şəhərində yeni qadağa başlayır.

 

“Haber Global” bu barədə “İstanbulkart”ın açıqlamasına istinadla məlumat yayır.

 

Bildirilir ki, yanvarın 15-dən 65 yaşdan yuxarı və 20 yaşdan kiçik şəxslərin ictimai nəqliyyatdan istifadə etməsi qadağan olunur.

 

Qeyd edək ki, Türkiyə kornavirusa yoluxma sayına görə (2 326 256 nəfər) dünyada yeddinci ölkədir./Oxu.az