Zəhranı ayağa qaldıraq!backend

Uşaq xəstə olanda, bütün dünya öz rəng çalarlarını itirir, qəlbdə isə qorxu hissi yuva salır. Vaxtında uzadılan yardım əli bütün qara buludları qovur və ümid işığı verir. Bu işıq ən doğma insanın həyatı uğrunda mübarizə aparmağa, sınmamağa imkan verir!

Zəhra 9-cu sinifdə təhsil alır. Çox istərdik ki, sizlərə Zəhranı yüksək nailiyyətləri ilə tanıdaq. Əlbəttə, təəssüflər olsun ki, bu qız ilə tanış olmağın səbəbi çox kədərlidir. Zəhrada kəskin osteosarkoma (sağ qamıl sümüyünün kistik törəməsi) müəyyən edilmişdir. Zəhra qızımız günbəgün əriyir… Amma o indi imtahanlarına hazırlaşıb gələcəyə yeni addımlar ata bilərdi. Onun addımlaması, gələcəyə irəliləməsi sizin dəstəyinizlə qoyulacaq 32 min manat məbləğində implantdan asılıdır.

Gəlin BİRLİKDƏ Zəhra balamıza və onun ailəsinə kömək edək! BİRLİKDƏ biz bacararıq! BİRLİKDƏ biz Zəhranın “yeni” həyatı üçün lazımi qədər pul yığa bilərik! Dostlar, kömək edin, qızımızın ağrı və bəlasından yan keçməyin! Axı əgər hər birimiz heç olmasa 1 manat köçürsək, biz BİRLİKDƏ lazımi məbləği toplaya bilərik!

Dostlar, biz bilirik ki, hər biriniz kömək etmək arzusundasınız, amma bəzilərində maddi imkan yoxdur, amma inanın yardım sadəcə maddi olmur! Siz Zəhra balamıza, məlumatları öz səhifənizdə tez-tez bölüşməklə, yaratdığımız qrupa dostlarınızı dəvət etməklə də yardım edə bilərsiniz! Ancaq belə, biz daha çox xeyirxah insanları məlumatlandırıb Zəhra balamıza kömək edə bilərik!