Zelenski Rusiyanı danışıqlara çağırıbbackend

“Dünyanın ən güclü ölkələri baş verənləri uzaqdan seyr edir. Dünənki sanksiyalar Rusiyanı inandıra bildi? Biz öz səmamızda və yerdə eşitdiyimiz mərmi səsindən bunun kifayət olmadığını görürük”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalılara müraciətində deyib.

Zelenski Rusiyanı atəşi dayandırmaq üçün danışıqlara çağırıb:

“Rusiya hərbi əməliyyatları və təcavüzü dayandırmaq üçün onsuz da bizimlə danışacaq. Bu danışıqlar nə qədər tez başlasa, Rusiyanın özünün itkiləri bir o qədər az olacaq. Qərbli tərəfdaşlar Ukraynanın təhlükəsizliyinə təminat vermir və onu NATO-ya qəbul etmək istəmir”.